<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Fikirləşdim bir gün mən, dünyaya bağlanmışam İL427</title>
<lyrics>[V1]
 Fikirləşdim bir gün mən, dünyaya bağlanmışam,
 Fikirləşdim, dünyayla artıq ayaqlaşmışam.
 İstəyirəm, ürəyimdə tək Sən olasan,
 İstəyirəm, ürəyimdə tək Sən olasan.

[C1]
   Sənsiz bir gün olmayım, Sənsiz bir an olmayım,
   Necə edim indi mən dünyaya bağlanmayım?
   Sənsiz bir gün olmayım, Sənsiz bir an olmayım,
   Qoru Sən məni, Rəbbim, dünyaya bağlanmayım.

[V2]
 Məni Sən yaratmısan, ey mənim Rəbb Allahım,
 Mənə həyat vermisən, ey mənim Xilaskarım,
 Sənə minnətdaram, ey mənim uca Tanrım,
 Sənə minnətdaram, ey mənim uca Tanrım.

[V3]
 Sən hər şeyə qadirsən, Sən izzətə layiqsən,
 Ən böyük məhəbbətə, sevilməyə layiqsən.
 İstəyirəm ürəyim tək Sənə bağlansın,
 İstəyirəm ürəyim tək Sənə bağlansın.</lyrics>
<hymn_number>427</hymn_number>
</song>